İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda hava proqnozunu öyrənmək üçün mobil tətbiq istifadəyə veriləcək

Azərbaycanda hava şəraiti ilə bağlı proqnozu öyrənmək üçün “Meteo az” mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.

Musavat.com bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. “Meteo az”ın həm "Android", həm də iOS platformaları üzərindən fəaliyyət göstərəcək versiyaları hazırlanacaq. Hava proqnozlarına dair açıq məlumat servisinin, eləcə də “Rəqəmsal Ekologiya Vahid İnformasiya Sistemi”nin ”Meteoroloji Məlumatlar” modulunun hazırlanması planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR