İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda gecə saatlarında dəhşət - 7 YARALI VAR

Kürdəmirdə eyni ərazidə baş verən iki qəzada 7 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini, 34 yaşlı Əkbərli Qabil Famil oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb.

Bundan sonra arakəsmədən qopan beton parçaları yolun digər hissəsinə tökülüb. Bu zaman əks yolda hərəkət edən "Lada" markalı nəqliyyat vasitəsinin sürücüsü, Ucar rayon sakini, 48 yaşlı Şüküralıyev Alim Hüseynalı oğlu həmin beton parçalarına çırpılıb.

Qəzada "Mercedes"də olan 3 nəfər, Yevlax rayon sakinləri, sürücü Qabil Əkbərli və onun sərnişinləri 44 yaşlı Bəhmənli Amirə Vidadi qızı və 67 yaşlı Alxanova Gülsüm İbrahim qızı, "Lada" markalı avtomobildə olan 4 nəfər, sürücü 48 yaşlı Şüküralıyev Alim və onun sərnişinləri, sürücünün qardaşı 51 yaşlı Şüküralıyev Asif Hüseynalı oğlu, 41 yaşlı Mehdiyev Həsrət Nüsrət oğlu, 44 yaşlı Qasımov Emil Rəhim oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, qəza zamanı yol infrastrukturuna xeyli ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.//Report

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2024

26 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR