İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran İsrailin məşhur silah istehsalçısını vurdu

İran İsrailə yeni raket atışı zamanı Təl-Əviv və Hayfanı vurub.

Musavat.com xəbər verir ki, məlumatı İRNA yayıb.

Agentliyin məlumatına görə, Hayfada hədəf alınan obyekt məhv edilib.

İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti əlavə edib ki, hücumun hədəfi İsrailin silah şirkəti “Rafael” olub.

İran Silahlı Qüvvələrinin sözçüsü isə bəyanat yayaraq israilliləri mühüm infrastruktur obyektlərinin yaxınlığındakı əraziləri tərk etməyə çağırıb.

O, İran dövlət televiziyasında vurğulayıb ki, kritik və mühüm obyektlər, o cümlədən hərbi və təhlükəsizlik mərkəzləri, qərar qəbuletmə mərkəzləri və komandirlərin qərargahları hədəfə alınacaq. Yeraltı sığınacaqlar yəhudi dövlətinin əhalisi üçün təhlükəli yer sayıla bilməz:

“İranın İsraildəki kritik infrastrukturun yerləri haqqında tam məlumatı var”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR