İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya atəşindən İsrailə qaçmışdılar – Bir Ukrayna ailəsinin faciəsi

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində üçü azyaşlı olmaqla beş Ukrayna vətəndaşı həlak olub.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur:

"Ukraynanın İsraildəki səfirliyinin ilkin məlumatına görə, iyunun 14-də İranın İsrailə qarşı irimiqyaslı raket hücumu və Bat Yamdakı yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində üçü azyaşlı olmaqla beş Ukrayna vətəndaşı həlak olub".

Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Bildirilir ki, Ukrayna diplomatları və konsulları mərhumların cəsədlərinin müəyyən edilməsi və vətənə qaytarılması prosedurunun təşkili məqsədilə İsrail polisi və digər xidmət orqanları ilə sıx əlaqə saxlayırlar.

Həlak olanların bir ailə olduqları güman edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR