İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda futbol klubu oyunçuların maaşlarını ödəmir - klubdan AÇIQLAMA

"Şamaxı" klubundan ayrılan futbolçular iki aya yaxındır maaş ala bilmədiklərindən şikayətlənsələr də, komanda rəsmiləri problemin ən qısa zamanda həllini tapacağını bildiriblər.

"Şamaxı" klubundan ayrılan futbolçular şikayətlərini mediada yayıblar:

"Burada qalanların pulunu veriblər, bizim isə yox. Get-gələ salırlar. Nə vaxt zəng vururuq, gözləyin deyirlər. Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşlarını haradan alıb veriblər? AFFA pulu köçürübsə, bəs bizim maaşımız hara gedib? Bunu aydınlaşdırmaq üçün AFFA-ya gedəcəyik. Şəxsən prezidentlə görüşmək istəyirik ki, əsl həqiqəti bilək. "Şamaxı" rəhbərliyi heç kimdən çəkinmir. Deyirlər ki, kimə istəyirsiniz, şikayət edin, bizə heç kim heç nə edə bilməz".

Bu barədə Oxu.Az-a açıqlama verən "Şamaxı" klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib ki, komandadan ayrılan bütün futbolçuların borcları ödəniləcək.

"Bəli, hazırda komandada müəyyən pul gecikmələri var. Ancaq bütün futbolçulara bildirilib ki, sizin pullar ödəniləcək, heç kimə sizin pullar ödənilməyəcək deyilməyib. Ayrılan futbolçulardan da maaşları ödənilənlər var, yəni ayrılan futbolçulara pul ödənilməyəcək fikri tam əsassız bir şeydir, hissə-hissə bütün borcları bağlayacağıq. Hamı əmin olsun ki, heç kimin bir qəpiyi bu klubda qala bilməz".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR