Onlayn ictimai-siyasi qəzet
Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.
Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.
Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ