İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda çox dəhşətli dələduzluq yayılıb! Süni intellektlə sizə zəng edib... - DETALLAR

Azərbaycanda yeni dələduzluq növü yayılıb. Təhlükəli  dələduzluq yolu ilə külli miqdarda vəsait talanıb.

Musavat.com xəbər verir ki, bu barədə sosial mediada məlumat paylaşılıb. Qruplardan birində istifadəçi yazıb:

“Hüquqşünas məsləhətinə və köməyinə ehtiyacım var. Evimdən 11 min avro və 1300 manat pul oğurlanıb. Anama mənim adımla zəng vurulub. Guya mən qəzaya düşmüşəm, həm özüm yaralıyam, həm də kimisə vurmuşam. Anam yaşlıdır və onunla mənim səsimlə danışılıb. Bir neçə belə hal olmuşdu Azərbaycanda, bizim də başımıza gəlib. Məsələ olan vaxt mən evdə deyildim. Kamera görüntülərinin birini qonşu silib. Hər yerə müraciət etmişik, prokurorluğa qədər, amma heç kəs heç nə etmir. Hətta pul kimdədirsə, həmin qadın da pulun onda olduğunu qeyd edir. Bəlkə sualınız yaranacaq ki, o qədər pul evdə nə edir. Mən 2-ci dərəcə xərçəng xəstəsiyəm və o pul mənim müalicə pulumdur”.

Şəxs qeyd edib ki, onun adı və səsi ilə anasından iki dəfə pul istəyib, ala biliblər.

Fərid Pərdəşünas: İnsanlar kibergigiyenik qaydaları öyrənməlidir

Bu barədə texnobloger Fərid Pərdəşünas da status yazıb. O bildirib ki, səs süni intellekt ilə klonlaşdırılır:

“Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yaralı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır. Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə “ötürür”. O da “təsdiqləyir” ki, qəza baş verib, vəziyyət ağırdır. Növbəti mərhələdə oğul valideyninə özünə gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır. Mənim ilkin araşdırmalarıma görə, binanın önünə gələn şəxs belə başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır. Film kimi ssenari qurulub. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksimum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır".

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR