İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda çaylar daşdı, qurumlar HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

Xəbər verildiyi kimi, Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.

Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.

Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR