İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda büdcə kəsiri 800 milyon manata yaxın artacaq

Azərbaycanın dövlət büdcəsinə ediləcək dəyişiklik büdcə kəsirinin 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyon manata çatdırılmasını nəzərdə tutur.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, kəsirin artımının 600,0 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək.

Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR