İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu virusa yoluxma artıb - 8 günə üzə çıxır - AÇIQLAMA

"Suçiçəyi virusuna yoluxmamaq üçün gigiyenaya diqqət edilməli, toplum yerlərdən uzaq durulmalıdır. Əgər uşaqlarda suçiçəyi infeksiyasına yoluxma riski olan səpkilər müşahidə edilirsə, digər şəxsləri yoluxdurmamaq üçün cəmiyyətdən izolyasiya edilməlidir".

Musavat.com xəbər verir ki, bu sözləri "ARB24"ə açıqlamasında infeksionist Aytən Ziyadova bildirib.

Həkim əlavə edib ki, bu xəstəliyin gizli dövrü var ki, o da 7-8 gün ərzində özünü göstərir. "İnfeksiyanın əlamətləri 8 gün sonra ortaya çıxa bilər. Müalicə əsasən simptomatik üsuldan istifadə edilir. Xüsusi bir dərmanı və müalicəsi yoxdur. Əgər ağızda səpkilər və yaralar çox olarsa, onda xüsusi dərmanlar yazıla bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR