İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu şəxslərə təqaüd təyin ediləcək

Peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd təyin ediləcək.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunur.

Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR