İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda AİLƏ DRAMI - Keçmiş arvadını kürəyindən vurdu

Beyləqan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Aran kəndində qeydə alınıb.

Kənd sakini 1965-ci il təvəllüdlü Yaqub Hüseynov aralarında yaranmış münaqişə zəminində keçmiş arvadı 1967-ci il təvəllüdlü Nəzakət Hüseynovanı bıçaqlayıb. Kürək nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Y.Hüseynov isə tutulub.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırılma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR