İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Mehdiyev Bəbir Şirin oğlu aldığı xəsarətlərdən ölüb.

Hadisə zamanı daha 3 nəfər-2014 ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, 1987-ci il təvəllüdlü Elmin Ənvər oğlu Nağıyev və 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR