Onlayn ictimai-siyasi qəzet
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
Hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.
Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.
Onların hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /Unikal
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ