İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 10 hakimin fəaliyyətinə xitam verildi

Azərbaycanda ötən il 10 məhkəmə hakiminin fəaliyyətinə xitam verilib.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı ötən gün Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul olunub. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib.

Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib. İclasda həmçinin, hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Vətəndaşların haqlı narazılığını doğuran hallara, süründürməçiliyə və digər qanun pozuntularına yol verilməsinə görə apellyasiya və birinci instansiya məhkəmələrinin bəzi hakimləri barədə intizam icraatları başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR