İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn ərəblərin sayı azaldı

"Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb. Bu o deməkdir ki, Azərbaycana gələn avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb".

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.

vuqar.jpg (75 KB)

Onun sözlərinə görə, ən yüksək artımlar bu dəfə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub.

"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Pandemiyadan əvvəlki 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənub-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər", - deyə Vüqar Bayramov qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR