İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan yalnız öz torpaqlarına nəzarət edir” – Bakıdan Mirzoyana CAVAB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, “Ermənistanın 200 kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır”. Lakin Mirzoyan hansı ərazidən söhbət getdiyini açıqlamayıb.

elxan-sahinoglu.jpg (74 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Ararat Mirzoyanın bu fikrinə aydınlıq gətirməsi vacib idi: “200 kvadratkilometr ərazi deyərkən konkret hansı ərazini nəzərdə tutduğunu ad çəkməklə bildirməlidir. Biz Ermənistanın işğalında olan Qazağın 7, Naxçıvanın 1 kəndini İrəvandan tələb edirik. Böyük ehtimalla İrəvan da qarşılıqlı olaraq təxminən həmin kəndlərin ərazisi boyda torpağı bizdən istəyirlər və Mirzoyan ola bilsin bu istəklərini o şəkildə ifadə edib. Çünki təkcə Başkəndin ərazisi - hərçənd ki, Başkənd Azərbaycan torpağıdır - Mirzoyanın dediyi miqyasda deyil. Deməli, bunların başqa ərazilərə də iddiaları var. Ermənistanın bizdən torpaq tələb etməsini Azərbaycanın qəbul etməsi mümkün deyil. Bizim mövqeyimiz aydındır və Ermənistandan 8 kəndimizi tələb edirik. Ermənistan nə istəyir, buna aydınlıq gətirməlidir. Bir tərəfdən Nikol Paşinyan deyir ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdırlar, o biri tərəfdən Mirzoyan yersiz iddialar ortaya atmaqla sülh sazişinin imzalanmasının qarşısını alan hərəkətlər edir”.  

994fdb034e-Asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir.jpg (21 KB)

Siyasi ekspert Asif Nərimanlı isə bildirib ki, Mirzoyanın fikrində söhbət işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində Ermənistanın nəzarətinə keçən ərazilərdən gedir: “44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi ilə həmin ərazilərə nəzarət bərpa olunub. Bu, təxminən İrəvan şəhərinin ərazisi (230 kv.km) qədərdir. Erməni mediası da Mirzoyanın iddiasını “Azərbaycan İrəvan boyda əraziyə nəzarət edir” qeydi ilə tirajlayıb. Azərbaycan Ermənistanın heç bir ərazisinə iddia etmir. Nəzarətimizdə olan ərazi isə öz ərazimizdir”.

Etibar SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR