İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”,- paylaşımda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR