İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşları Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anır - VİDEO

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş 7.4 bal gücündə zəlzələdən sonra həyatını itirən vətəndaşların xatirəsini anmaq üçün Azərbaycanın Türkiyədəki səfirliyinin önünə ziyarət başlayıb.

Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşları, QHT üzvləri Türkiyə səfirliyinin qarşısına gələrək, öz başsağlıqlarını çatdırır, əllərində Türkiyə və Azərbaycan bayraqları ilə qardaş ölkənin acısına şərik olurlar.

Səfirliyin binasının önünə əklillər düzülüb.

Qeyd edək ki, son məlumata görə, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 3549 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 22168 nəfər yaralanıb. 

Video: Elçin Əkbər,
TV Musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR