Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir. Burada maraqlı məqam ondan ibarətdir ki, uzun müddət Ermənistan Azərbaycanın şərti sərhətləri delimitasiya edilməsi və ölkələr arasında münasibətlərin normallaşması ilə bağlı çağırışlara xarici havadarlarının dəstəyi ilə cavab vermirdi. Nəinki sülhə gəlirdi, əksinə, regionda vəziyyəti gərginləşdirməyə çalışırdı. Artıq Qazaxın 4 kəndi qaytarıldıqdan sonra iki ölkə arasında şərti sərhədlər məsələsi aradan qalxır”.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında bildirib.
Siyasi şərhçi deyib ki, ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında delimitasiya olunmuş sərhədlər yaradılır: “Bunun nəticəsində Qazaxın digər 3 kəndinin Azərbaycana qaytarılması məsələsi müzakirə edilir. Həmin kəndlərin Azərbaycana qaytarılması digər iclaslarda müzakirə ediləcək. Nəzərə almaq lazımdır ki, bu 3 kəndin ətrafı Ermənistan əraziləri ilə əhatə olunub. O kəndlər işğaldan azad edildikdən sonra bərpa işləri ilə məşğul olması və həmin ərazilərə məcburi köçkünlərin qaytarılması müəyyən qədər vaxt aparar proses olacaq. Bilmək lazımdır ki, Azərbaycana qaytarılan 4 kəndlə, hələ qaytarılmayan 4 kəndin məsələsi bir qədər fəqlidir. Amma Azərbyacanın bir qarış torpağı da Ermənistanda qala bilməz. Delimitasiya prosesində o kəndlərində taleyinə aydınlıq gələcək”. T.İsmayilov qeyd etdi ki, Ermənistanın “tarixi missiyası” dəyişməz olaraq qalır: “Azərbaycan və Türkiyə əleyhinə forpost və təsir rıçağı kimi Ermənistandan istifadə edilir. Ermənistan xarici güclərin plastarmı halındadır. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlərin heç birini gerçəkləşdirə bilmir. Əksinə, Ermənistanın iqtisadi vəziyyəti hər gün daha çox neqativ çalarlarla zənginləşir. Belə olan təqdirdə Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu da daxil olmaqla teokratik İran casusları, bütün Ermənistan ərazisinə yayılan sorosçu imperialist agentura şəbəkələri Ermənistandan nələrsə qoparmaq üçün təsirlərini artırmağa cəhd edirlər. Ermənistan əraziləri hakim komanda tərəfindən xarici təsisatlara və ölkələrə peşkəş edilir. Nəticə isə göz qabağındadır.
Ermənistanı sülhdən yayındırmaq və regionda xaosda maraqlı olan qüvvələr basqılarını daha da radikallaşdırırlar”. Ekspert Aİ missiyasının Ermənistandakı oyunbazlığından da bəhs etdi: “Hər kəs bilir ki, Ermənistana gələn Aİ missiyası həm də Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır. Burada vacib nüanslardan biri də odur ki, Rusiya və Qərb arasındakı geopolitik qarşıdurma Ermənistan ərazilərində daha da dərinləşəcək”.
Elşad,
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ