İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Latviya arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın Kənd Təsərüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Latviyanın Həyat Elmləri və Texnologiyaları Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Musavat.com  bu barədə "Report"a istinadən xəbər verir.

Məlumata görə, sənədə qurumda Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhardsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş çərçivəsində imza atılıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Bildirilib ki, Azərbaycanla Latviya kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı istiqamətlərində əməkdaşlığı genişləndirə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR