İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və erməni generalları TOPLAŞDI, Britaniyadan ŞOK çağırış: Sərhədə GETMƏYİN!

Kurskda Ukrayna ilə həmsərhəd bölgələrdən olan və 2024-cü ilin avqustundan başlayaraq evlərini tərk edən rusiyalı qaçqınların növbəti mitinqi keçirilib. Artıq 6 aydır müvəqqəti məskunlaşma mərkəzləri ilə kirayə mənzillər arasında qalan qaçqınlar hökumətdən dəstək istəyirlər.

Kursk sakinləri daimi mənzil və itirilmiş əmlaka görə kompensasiya tələb edirlər, lakin hökumətin onlara ciddi əhəmiyyət vermədiyi görünür. Bundan öncə Vladimir Putin büdcədə qaçqınlar üçün lazımi vəsaitin olduğunu iddia etsə də, Kursk qubernatoru maliyyənin olmadığını deyib.
Mitinqçilər isə "biz özümüzü unudulmuş, atılmış hiss edirik" deyirlər. Onu da qeyd edək ki, bu mitinqdən sonra Vladimir Solovyovun “Solovyov LİFE” proqramının efirində qaçqın düşən və etiraz edən Kursk sakinləri təhqir olunub.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Zapadnoy kəndini ələ keçiriblər. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Yaşayış məntəqəsi Rusiya ordusunun “Qərb” qoşun qrupunun bölmələri tərəfindən nəzarətə götürülüb.

Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Caliber.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. “Ermənistan-Azərbaycan sərhədi bağlı qalır. Ermənistan və Azərbaycan arasında bütün şərq sərhədindən 5 km məsafədə hər hansı bir səyahətdən çəkinmək tövsiyə olunur. Buna səbəb iki ölkə arasındakı münaqişədir. Bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur”, - deyə məlumatda bildirilir.

Yanvarın 22-də Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərliyi ilə müdafiə naziri yanında kollegiyanın iclası keçirilib. Ermənistan Respublikası Silahlı Qüvvələrinin döyüş hazırlığı, qoşunların idarə olunması və s. məsələlər müzakirə edilib. General-leytenant Edvard Asryan istiqamətlərə uyğun olaraq görülən işləri və qarşıda duran vəzifələri hərtərəfli təqdim edərək, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin gücləndirilməsi və xidmətin daha səmərəli təşkili istiqamətində məsul bölmələrin rəhbərlərinə bir sıra tapşırıqlar verib. Xatırladaq ki, yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Xankəndi şəhərində Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib. Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib. General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə hadisələri təhlil edir.

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR