Onlayn ictimai-siyasi qəzet
İranın Elm və Səhiyyə Nazirliyi Azərbaycan universitetlərində verilən doktorluq və tibbi dərəcə diplomlarının etibarsız olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu bu barədə nazirliyin nümayəndəsi Hamed Təkfi məlumat verib.
Təkfi bildirib ki, xarici universitetlərin keyfiyyətini dəyərləndirərkən əsas meyar kimi qlobal reytinq sistemlərindən istifadə edilir. Bu yanaşma ilə universitetlər üç kateqoriyaya bölünür:
- A kateqoriyası (premium universitetlər)
- B kateqoriyası (yaxşı universitetlər)
- C kateqoriyası (orta universitetlər, yalnız bakalavr və magistr dərəcələri üçün)
Nazirlik nümayəndəsi Azərbaycan universitetlərinin dünya reytinqlərində yüksək yerlərdə olmadığını, yalnız bəzi universitetlərin C kateqoriyasında yer aldığını vurğulayıb.
Buna görə də, bu universitetlərin yalnız bakalavr və magistr proqramları üzrə verdiyi diplomlar tanınır.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ