Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ərazisində Rusiya təbliğatına xidmət edən “Tsarqrad” telekanalının rəsmi saytına giriş bloklanıb. Sayt artıq ölkə daxilində əlçatmaz vəziyyətdədir.
Musavat.com-un məlumatına görə, bu addım Minval.az saytının baş redaktoru Emil Mustafayevin Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə etdiyi rəsmi müraciətdən sonra atılıb.
Emil Mustafayev müraciətində “Tsarqrad” kanalının Azərbaycan əleyhinə yalan və təxribat xarakterli məlumatlar yaydığını, bu səbəbdən qarşı tədbir görülməsinin zəruriliyini qeyd edib.
Baş redaktorun çağırışından sonra müvafiq qurumlar hərəkətə keçib və kanalın saytına girişin məhdudlaşdırılması barədə qərar verilib.
Bu hadisə Azərbaycanda təbliğat resurslarının qarşısının necə qətiyyətlə alınacağının bariz nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda, bu bloklama addımı ölkəmiz əleyhinə saxta narrativlər yayan digər media orqanlarına da ciddi xəbərdarlıq kimi dəyərləndirilir.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ