İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Tacikistan dostluğu ən yüksək səviyyəyə çatıb- ŞƏRH

Prezident İlham Əliyevin xarici siyasətinin prioritetini digər ölkələrin daxili işlərinə qarışmamaqla bərabərhüquqlu münasibətlər yaratmaq, həmçinin əməkdaşlığı genişləndirməkdir.

Son illər respublikamızla əlaqələri möhkəmləndirmək istəyən dövlətlərin sayı durmadan artır. Bunu Prezident İlham Əliyevin xarici səfərlərinin, həmçinin Azərbaycana gələn dövlətlət başçları və hökumət nümayəndələrinin sayının artması da təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə də münasibətləri yüksək səviyyədədir. Bu dövlətlər arasında Tacikistanla münasibətlər xüsusi əhəmiyyətə malikdir. Bunu bir neçə gün əvvəl Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə sənədlərin, xüsusilə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması da təsdiqləyir.

Demokratiya və İnsan Hüquları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında Prezident Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinə münasibət bildirərkən iki ölkə arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoyduğunu diqqətə çatdırıb.

Tannmş hüquqşünas deyib ki,iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və əlaqələrin daha da möhkəmləndirilməsində özünü göstərir. Prezident İlham Əliyevin Tacikistana indiyədək altı dəfə səfər etməsi də bunu təsdiqləyir. O. əlavə edib ki, ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Bununla yanaşı, hər iki ölkəni tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İndiyədək bu ölkələr arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

cingiz.jpg (76 KB)

Ç.Qənizadə dostluq əlaqələrinin möhkəmləndirilməsində elm və təhsil sahəsində münasibətlərin inkişafının da mühüm yer tutduğunu vurğulayaraq deyib ki, 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.

Bildirilib ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Bu da Azərbaycana marağı getdikcə artırır.

Hüquq müdafiəçisi bütün bunların Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da öz əksini tapdığını söyləyib. Dövlətimizin başçısı dövlətlərarası münasibətlərimizin ən yüksək səviyyəyə çatdığını bidirib. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsini ikitərəfli münasibətlərdə mühüm hadisə hesab edən Ç.Qənizadə dövlətimizin başçısının mətbuata verdiyi bəyanata istinadən deyib ki, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir. Ölkə Prezidenti nəqliyyat sektorunun da əməkdaşlığımızın mərkəzində olduğunu bildirib: “Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR