Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-may aylarında Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 70 faizdən çox olub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Rusiya tərəfdən sədri Aleksey Overçuk deyib.
O bildirib ki, ölkələr qarşılıqlı ticarətdə milli valyutalarına güvənirlər: “Onların ikitərəfli hesablaşmaların strukturunda payı 2023-cü ilin sonunda 57,8 faiz, 2024-cü ilin yanvar ayının sonunda - 73,1 faiz idi".
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ