İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan - Qazaxıstan oyununun biletləri satışa çıxarılıb

Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun biletləri satışa çıxarılıb.

Musavat.com "İTicket.az"ın rəsmi saytına istinadən xəbər verir ki, qiymət 2 - 10 manat aralığındadır.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet əldə edə bilər.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. Yığma sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Komanda C Liqasının 3-cü qrupunda 4 qarşılaşmadan sonra 4 xalla üçüncü pillədə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR