İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qarşı təzyiqlərdən faydalanmağa çalışan Ermənistan, Türkiyənin qəti mövqeyi - ŞƏRH

"Türkiyə və Azərbaycan regionda həm siyasi, həm iqtisadi, eyni zamanda mədəni məsələləri belə əlaqəli şəkildə həyata keçirirlər. Verilən qərarlarda koordinasiya var". 

Bu fikirləri Musavat.com-a millət vəkili Vüqar Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə sərhədlərin açılması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistanla sərhədin açılması da praktiki olaraq Azərbaycan və Türkiyə arasındakı koordinasiya, eyni zamanda hər iki tərəfin birgə müzakirəsi nəticəsində mümkündür:

vuqar_bayramov (5).jpg (206 KB)

"Sözsüz ki, rəsmi Ankaranın mövqeyi bəllidir- Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, Türkiyə-Ermənistan münasibətləri də normallaşa bilər. Amma görünən odur ki, Ermənistan tərəfi AŞPA da daxil olmaqla, Fransanın nəzarətində olan bir sıra qurumların Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan təzyiqlərindən də faydalanmağa çalışır. Mirzoyanın açıqlaması da göstərir ki, Ermənistan Türkiyə ilə birtərəfli qaydada sərhədin açılmasından iqtisadi divident ələ etməyə çalışır. Türkiyə bazarı çox böyükdür. Türkiyə vasitəsilə, Avropa, xüsusilə Şərqi Avropa ölkələrinin bazarına çıxış imkanları daha asandır".

V.Bayramov vurğulayıb ki, Ankara və Bakının sistemli və əlaqəli siyasəti birmənalı şəkildə regionda hər iki ölkənin həm siyasi, həm də iqtisadi strateji maraqlarına uyğun qərarların verilməsi ilə mümkündür.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR