İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Prezidentinin Misirə səfəri qarşılıqlı əlaqələrin inkişafına öz töhvəsini verəcək”

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə səfərdədir. Ali Baş Komandanın Qahirədə yüksək səviyyədə rəsmi qarşılanma mərasimi olub. Daha sonra dövlət başçısı misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb və prezidentlər birlikdə mətbuat konfransı keçiriblər.

Ölkə başçısının Misir səfərini Musavat.com-a şərh edən sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov bunları deyib:

02b7d61e-a51b-304b-8e75-392257ba9f5d_850.jpg (67 KB)

“Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb və 4 aprel 1992-ci ildə iki dövlət arasında diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvar ayından isə, Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir. Bu illər ərzində Misir beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azəırbaycanın yanında olub və onun haqq işini dəstəkləyib.

Misir Yaxın Şərqin nüfuzlu ərəb ölkələrindən biri və bu bölgədə söz sahibi olan bir dövlətdir. Son onilliklər ərzində iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində bir çox işlər görülsə də, qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin işlənməsi sahəsində hələ çox işlər görülməlidir. Azərbaycan Prezidentinin Misirə səfəri qarşılıqlı əlaqələrin inkişafı və daha da dərinləşdirilməsinə öz töhvəsini verəcəkdir. Bu səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bağlanmış anlaşma memoramdumları və digər sənədlər tərəflərin qarşılıqlı əlaqələri dərinləşdirmək niyətindən xəbər verir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR