İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan müdafiə naziri Laçında Pakistan Quru Qoşunları komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın şəhərində mayın 28-də Azərbaycanda səfərdə olan Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Pakistanlı qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.

General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR