İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi oynamadan qələbə qazanıb

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.

Musavat.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.

Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR