İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi İsveçə uduzdu

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan millimiz 1:3 hesabı ilə məğlub olub.

"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.  

@@TVmusavat/94889@@

 

***

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında millimiz fərqi azaldıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz fərqi 2 topa endirib İsveç millisi fərqi artırıb - 3:1.

65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənib. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 2:0.

65 və 71-ci dəqiqələrdə Aleksander İsak fərqlənib.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə qolsuz yollanıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

"Report"un məlumatına görə, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR