İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Milli Xalça Muzeyində “Çiçəkli buta” əyləncəli proqramı

1-2 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq.

Musavat.com xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək.

Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.

Proqrama həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

Bilet – 15 AZN (2 ustad dərsi, tamaşa, tematik ekskursiya daxildir.)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR