İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan lideri Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Musavat.com xəbər verir ki, görüşdə Qlobal Bakı Forumunun önəminə toxunulub, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulanıb.

Tədbirin gündəliyinin çox geniş olduğu bildirilib. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR