İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatında gözlənilməz eniş - Mövsümi dalğalanma, yoxsa ciddi siqnal?

Bu ilin yanvar ayında ölkədə ümumi daxili məhsul (ÜDM) 0,9% azalıb. Halbuki ötən ilin eyni dövrü ilə müqayisədə 5%-lik artım olmuşdu.

Suallar doğurur ki, bu azalma müvəqqəti mövsümi dalğalanmadır, yoxsa daha ciddi iqtisadi faktorların təsiridir? Əsas səbəb nədir - dövlətin investisiya siyasətində ləngimə, yoxsa biznes mühitində ehtiyatlı davranış?

ELDENİZ YENİ.jpeg (56 KB)

Musavat.com xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov mövzuya bu cür şərh bildirib:

"Yanvar ayında Azərbaycanda ÜDM-in 0,9% azalması əlbəttə, arzuolunan hal deyil. Amma bu tendensiyanın davamlı olacağını söyləmək də doğru olmaz.

İlin əvvəlində ÜDM-in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər. Məsələn, dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi, ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması və digər səbəblərdən qaynaqlana bilər. Odur ki, iqtisadiyyatın əsas sektorlarda canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə ilin sonrakı aylarında artımın bərpa olunacağına şübhə etmirəm.

Amma bütün hallarda 0,9%-lik azalma cidd siqnal olaraq qəbul edilməlidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR