İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan hər kəsə bu şansı verdi - Çavuşoğlu

“Azərbaycanın şanlı qələbəsi ilə Cənubi Qafqazda sabitlik və əməkdaşlıq tərəfdarı olan ölkələrin qalib gələcəyi yeni geosiyasi vəziyyət yaranıb. Hər kəsi bu şansdan yararlanmağa dəvət edirik. Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaları, sərhədlərin demarkasiyası və sülh müqaviləsi üzrə danışıqları dəstəkləyirik”.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə azərbaycanlı və özbək həmkarları ilə görüşündən sonra deyib.

“Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Avropanı birləşdirəcək yeni nəqliyyat xətləri bütün regionun rifahıdır. Layihələr həyata keçirildikdə nəqliyyat, ticarət, enerji kimi bir çox sahələrdə multiplikator effekti yaradacaq”, - nazir bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR