İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan futbolunda daha bir İLK yaşanacaq

AFFA Region Liqasının final matçında VAR sistemi tətbiq olunacaq.

Tovuz şəhər stadionunda "Çinar Zəngilan" və "Qusar" komandaları arasında keçiriləcək həlledici qarşılaşmada bu texnologiyadan istifadə olunacaq. Bu, sözügedən yarışda bir ilk olacaq.

VAR sistemi Azərbaycan Premyer Liqasında bu mövsümdən etibarən tətbiq olunur. Müasir texnologiya artıq Birinci Divizionda da test edilib.

Xatırladaq ki, iyunun 4-də keçiriləcək "Çinar Zəngilan" - "Qusar" oyununun start fiti saat 16:00-da veriləcək. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR