Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğum göstəricilərini hesablayıb.
Musavat.com idarənin hazırladığı hesabata istinadən xəbər verir ki, tərtib olunan siyahıda Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğum səviyyəsinə görə isə 161-ci (hər 1000 nəfərə 11,2 doğum) olub.
Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğum səviyyəsinə görə isə 142-ci yerdədir (hər 1000 nəfərə 12 doğum)
Ermənistan hər 1000 nəfərə 9,6 doğumla ölüm nisbətinə görə 42-ci yerdə, doğum səviyyəsinə görə isə 177-ci yerdədir (hər 1000 nəfərə 10,5 doğum).
Türkiyə ölüm nisbətinə görə 151-ci yerdədir (hər 1000 nəfərə 6,1 ölüm), doğum səviyyəsinə görə isə 122 (hər 1000 nəfərə 13,8 doğum)
İran ölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğum səviyyəsinə görə isə 119-cu yerdədir (hər 1000 nəfərə 14,3 doğum).
Rusiya ölüm nisbətinə görə 9-cu yerdədir (1000 nəfərə 14 ölüm), doğum nisbətində - 209 (1000 nəfərə 8,4 doğum).
Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğum səviyyəsi (hər 1000 nəfərə 6) Ukraynada qeydə alınıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ