İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından BUNA GÖRƏ məhrum edilib

Rusiyanın Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilib.

Musavat.com xəbər verir ki, FSB-nin qərarı ilə onun pasportu ləğv olunub və Rusiyaya girişinə qadağa qoyulub.

Rusiya mediası iddia edir ki, Xankişiyev “etnoseparatizm təbliği və Aleksey Navalnının tərəfdarlarına dəstək verməkdə” iştirak edib.

Qeyd olunur ki, Xankişiyev iri biznesmen, restoran sahibi və bir sıra şirkətlərin təsisçisi və sahibidir.

Xatırladaq ki, bundan əvvəl Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşan İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR