İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Biznes Partnyorları Klubu fəaliyyətə başlayıb 

“Baku Marriott Hotel Boulevard”da Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən klubun sədri Gülpəri Bayramova bildirib ki, qurumun yaradılmasında əsas məqsəd sahibkarlar arasında işgüzar, faydalı və qarşılıqlı münasibətlərə nail olmaqdır. O söyləyib ki, ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, işgüzar sferada təmsil olunan sahibkarlar BPC-də təmsil oluna bilərlər. Xaricdə yaşayan azərbaycanlı sahibkarların da qatılacağı klubun əsas fəaliyyət istiqaməti ixrac prosesini və “Made in Azerbijan” brendini təşviq etmək, xarici bazarlara çıxışın təmin olunması, dövlət qurumları ilə özəl sektor, habelə müxtəlif təsisatlar arasında münasibətləri inkişaf etdirmək, biznes subyektləri arasında həmrəyliyə nail olmaqdır.

Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ideyasının bir neçə ay öncə ərsəyə gəldiyini və gözlənildiyindən də böyük maraqla qarşılandığını qeyd edən G.Bayramova əlavə edib ki, klubun İdarə Heyətinin üzvləri müxtəlif biznes sahələrində ciddi uğurlara imza atmış iş adamlarıdır: “Beynəlxalq əməkdaşlığı gücləndirmək niyyətindəyik və ABŞ-a son səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu məsələ əsas müzakirə mövzusu olub. Azərbaycanda assosiativ ticari assosiasiyaların və klubların sayının sürətlə artdığı, gərgin rəqabətin hökm sürdüyü mövcud şəraitdə fərqlənə biləcəyimizə, uğurlu layihələr həyata keçirəcəyimizə əminəm” – Bayramova qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR