İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Vəkillər Kollegiyaları Assosiasiyasına üzv olub

Bütün vəkillərimizi və ölkəmizin hüquq ictimaiyyətini ürəkdən təbrik edirik.

Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association həmin təşkilata üzv qəbul olunub.

Qeyd olunmalıdır ki, CCBE CCBE - Council of Bars and Law Societies of Europe Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.

4 illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunub.

FSo16ILXoAQID7T.jpg (612 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR