İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Şurasından və AİHM-dən çıxır - START VERİLDİ

Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının ekspertləri Avropa Şurasından və Avropa İnsan Hüquqları Məhkəməsindən çıxmaqla bağlı hüquqi məsələləri öyrənir.

Bu barədə Musavat.com-a mötəbər mənbə məlumat verib.

Həmin mənbənin verdiyi məlumata görə, əgər ilin sonuna kimi Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin hüquqlarının bərpası ilə bağlı qərar qəbul olunmasa, o zaman rəsmi Bakı Avropa Şurasından və AİHM-dən çıxmaq barədə qərar verəcək.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR