İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir

“ADEX” sərgisinin məqsədi ölkəmizi dünyaya nümayiş etdirməkdir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

O qeyd edib ki, sərgidə ölkələr ən müasir silah növləri ilə təmsil olunacaq: "Biz də özümüzün ən yeni müasir silahlarımızı bu sərgidə nümayiş etdirəcəyik. Bildirmək istəyirəm ki, Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir. Biz sərgidə bunları nümayiş etdirəcəyik. Sərgidə Azərbaycan istehsalı olan ən müasir pilotsuz uçuş aparatları sərgi iştirakçılarına nümayiş etdiriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR