İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyevin izdihamlı görüşü – Seçici: “O, yalnız vəd vermir, sözünə əməl edir”

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki öncəsi təşviqat çərçivəsində 11 avqust 2024-cü il tarixdə seçicilərlə növbəti görüşünü keçirib.

8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi 157, Bakı Tennis Akademiyasında keçirilən görüşdə namizədin vəkili Heydər Cəfərov tədbiri açıq elan edib. Seçiciləri salamlayan Heydər Cəfərov “6-cı çağırış millət vəkilimiz, eyni zamanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizəd Azay Quliyevlə görüşə istirahət gününə baxmayaraq gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm” – deyə qeyd edib: “Siz hamınız Azay Quliyevi çox yaxşı tanıyırsınız və deputat kimi onun fəaliyyətinə yaxından bələdsiniz. Bilirsiniz ki, Azay müəllim VI çağırış Milli Məclisin fəaliyyəti dövründə daim seçicilərinin yanınında olub.

Deputatımız bizləri, yəni seçicilərini nəinki ölkə daxilində, parlamentdə, eyni zamanda, xarici ölkələrdə və beynəlxalq platformalarda da ləyaqətlə təmsil edib və Azərbaycanın milli maraqlarını qorunması istiqamətində var gücü ilə çalışıb. Bilirsiniz ki, Azay Quliyev son 4 illik fəaliyyəti haqqında Hesabat hazırlayıb və çap olunmuş bu hesabatla yəqin ki, çoxunuz tanışsınız. Həmin hesabat Azay Quliyevin rəsmi facebook səhifəsində yayımlanıb, tanış olmayanlar da buradan – https://www.facebook.com/AzayQuliyev/ - tanış ola bilərlər”.
Vəkil hesabatdan sitatlar gətirərək, Azay Quliyevin millət vəkili olaraq seçicilər üçün gördüyü işlərdən danışdı: "Deputatımız son 4 ildə 8-ci dairədə olan 300 yaxın binanın hər birinin həyətinə gələrək şəxsən sizinlə görüşüb, sizi dinləyib və qaldırdığınız məsələlərin həlli üçün bütün imkanlarını səfərbər edib.

2020-ci ilin mart ayından 2024-cü ilin iyul ayına kimi seçicilər tərəfindən şifahi və yazılı formada daxil olan 1747 müraciətin 90 faizindən çoxu həll olunub.
Sizin müraciətiniz əsasında müxtəlif sosial məsələləri Milli Məclisdə, dövlət qurumları qarşısında qaldırıb və onların əhəmiyyətli hissəsinin həllinə nail olub.
Bir sözlə, verdiyi sözə əməl edərək seçicisinin səsi olub, onu heç zaman tək qoymayıb”.

Daha sonra seçicilərə söz verildi. Ağsaqqal Şahmalı Həsənov, fəal seçicilərdən Rəna İsmayılova, İlahə Məmmədova, Gülgəz Sovqatova çıxışlarında Azay Quliyevin onlara yalnız vəd verən yox, verdiyi vədlərə daim əməl edən millət vəkilli olmasını əyani gördüklərini bildirdilər. Onlar 1 sentyabrda bütün seçiciləri Azay Quliyevə səs verməyə səslədilər.
Sonda çıxış edən deputatlığa namizəd Azay Quliyev bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və sərkədəliyi ilə Qarabağ işğaldan azad edilib, ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib: “Bu, bir növ Zəfər seçkisidir, ilk dəfədir ki, bütün ərazilərimizi tam əhatə edən parlament seçkiləri keçirilir. Bu, tarixi bir seçkidir və bu prosesdə iştirakçı olmaq hamımız üçün qürur mənbəyidir”.

A.Quliyev daha sonra qeyd etdi ki, ötən çağırışlardakı Milli Məclis üzvü olaraq Binəqədi sakinlərinin daim yanında olmağa çalışıb: “Təvazökarlıqdan uzaq olsa da, bunu fəxrlə qeyd etməliyəm ki, ötən dönəmki deputatlığım dövründə biz sizinlə birlikdə ciddi işlər gördük. Həm Vətən Müharibəsi dövründə, həm pandemiya şəraitində daim birlikdə olduq. Hər zaman seçicilərimi narahat edən məsələləri kabinetlərdə yox, onların yanına gələrək yaşadığı binalarda, həyətlərdə görüşərək bu problemlərin həlli üçün əlimdən gələni etdim. Bacardığımız bütün işləri gördük. Biz indi də birlikdə seçki prosesi aparırıq və “Birlikdə Güclüyük” şüarı ilə əminəm ki, mütləq qalib gələcəyik. Bundan sonra yenə də daim yanınızda olacaq və sizə xidmət göstərməyi daha əzmlə davam etdirəcəm”.

Azay Quliyevin Seçki Qərargahı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR