İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərinin problemlərini dinlədi, qərarlar verildi

Bu gün deputat Azay Quliyev 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 111, 129a, 72, 72a, 99, 103, 105, 109, 55, Cavadxan küçəsi 1, 2, 3, 4, 5 və 51 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, seçicilər onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova iştirak edib.

Musavat.com

6..jpg (90 KB)

2..jpg (97 KB)

1..jpg (75 KB)

5..jpg (62 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR