İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat təhlükəsizlik qaydalarını pozma maddəsi ilə aparılır.

Musavat.com-un xəbərinə görə, bu barədə "RİA Novosti"yə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat verib.

Qeyd olunub ki, təyyarə qəzası ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.

"Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. AZAL-ın təyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat araşdırmalar başa çatdıqdan sonra dərc olunacaq", - məlumatda deyilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən (5-i ekipaj üzvü olmaqla) 38-i ölüb, 29-u sağ qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR