Onlayn ictimai-siyasi qəzet
AZAL-a məxsus və Aktau yaxınlığında qəzaya uğramış təyyarənin qara qutuları Braziliyaya çatdırılıb.
Musavat.com bildirir ki, bu barədə Braziliyanın tanınmış G1 portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, mütəxəssislər artıq qara qutulardan əldə edilən məlumatların analizinə başlayıblar. Araşdırma prosesində Qazaxıstan, Azərbaycan və Rusiya mütəxəssislərinin iştirakı təsdiqlənib. Onlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün qara qutulardan əldə edilən qeydləri təhlil edirlər.
Hadisə ilə bağlı beynəlxalq araşdırmanın aparılması, bu qəzanın bütün mümkün səbəblərini aydınlaşdırmaq və belə faciələrin qarşısını almaq üçün vacib bir addım olaraq qiymətləndirilir. Nəticələrin yaxın zamanda açıqlanması gözlənilir.
Musavat.com
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ