Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutuları” tamamilə deşifrə edilib.
Musavat.com xəbər verir ki, hadisənin araşdırılması ilə bağlı ilkin nəticələrin gələn həftə ictimaiyyətə açıqlanacağı qeyd olunub. Araşdırma komissiyası qəzanın səbəblərini müəyyənləşdirmək üçün işlərini davam etdirir.
O həmçinin təyyarə qəzasından sonra cinayət işinin başlandığını əlavə edib.
"Bundan başqa, cinayət işi açılıb - ballistik və partlayış-texniki ekspertiza var. Bizim güc strukturlarımız sıx təmasda işləyir", - Baş nazirinin müavini vurğulayıb.
O qeyd edib ki, Braziliyada təyyarənin "qara qutular"ının oxunması prosesi başa çatıb və Qazaxıstana geri qaytarılıb.
Xatırladaq ki, qəza nəticəsində xəsarət alanlar və ya insan tələfatı ilə bağlı əvvəlki məlumatlar geniş müzakirə mövzusu olub. İctimaiyyət hadisənin dəqiq səbəblərini öyrənmək üçün araşdırmanın nəticələrini səbirsizliklə gözləyir.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ