İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satmağa başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilot layihə çərçivəsində Bakıdan Türkiyənin İstanbul şəhərinə və əks istiqamətdə həyata keçirdiyi reyslərə baqajsız bilet satmağa başlayıb.

Musavat.com bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, onlayn aviabilet bron edənlər daha sərfəli “Economy Lite” tarifini seçə bilərlər. Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir. Əgər baqaj lazım olsa, sərnişin onu onlayn “Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzi ilə əlaqə saxlayaraq və yaxud birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR