İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Qanuna əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR